FAQ

Açıqlaması asimmetrik rəqəmsal abunəçi xətti olan ADSL internetə qoşulmaq üçün istifadə olunan DSL genişzolaqlı kommunikasiya texnologiyasının bir növüdür. ADSL mövcud telefonlar üçün istifadə edilən mis tellər üzərindən (POTS) ənənəvi modem xətləri ilə müqayisədə daha çox məlumat ötürməyə imkan verir. Siz eyni zamanda internet və səs rabitəsindən istifadə edə bilərsiniz. ADSL texnologiyası üçün xüsusi ADSL modem tələb olunur və abunəçilər ADSL xidməti ala bilmək üçün bizim fəaliyyət göstərdiyimiz coğrafi məkana yaxın olmalıdırlar. Adətən bu məsafənin 3 km olması nəzərdə tutulur. ADSL məlumatın yüklənməsi zamanı 2 Mb/s-dən 24 Mb/s-ə qədər, ötürülməsi zamanı isə 256 Kb/s-dən 2 Mb/s-ə qədər sürəti dəstəkləyir.
Yükləmə məlumatı digər cihazlardan öz cihazınıza yükləmək, ötürmə isə məlumatın digər cihazlara ötürülməsi anlamına gəlir.
Mb (meqabayt) və Gb (gegabayt) cihazlardakı tutumun ölçü vahididir. Adətən yaddaşı və ya tutumu ölçmək üçün istifadə olunur. Gb Mb-dan daha böyükdür. (1Gb=1024 Mb)
ADSL internet xidmətinə qoşulma pulsuzdur.
Bizim ADSL əhatə dairəmizə baxmaq üçün http://www.avirtel.az/az/area linkə keçin.
Aylıq abunə haqqı seçilmiş sürət və internet paketə əsasən müəyyən olunur. Sürət və tariflər haqqında məlumatı http://www.avirtel.az/az/cat/avirnet-adsl-qiymet-ve-tarifler linkindən əldə edə bilərsiniz.
ADSL xidmətə Statik IP daxil deyil. O, əlavə xidmət kimi təmin edilir.
Korporativ ADSL paketi korporativ biznes müştəriləri, Fərdi paket isə Fərdi müştərilər üçün nəzərdə tutulub.
Xidmətin çatdırılması məsafədən və texniki imkanlardan asılıdır.
Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 3-nə kimi əvvəlcədən tam ödənilməlidir.
Ödəniş üsulları: MilliÖn, GoldenPay, AzeriCard, Hesab.az, EasyPay, e-Manat, ExpressPay, Kassam.az və bilavasitə bizim baş ofisimizə yaxınlaşaraq (Bakı ş., Nərimanov r-nu, M.Araz küç. 50C).
Bəli, bu hallar üçün bizim xüsusi güzəştli tarif endirimləri var. Daha ətraflı məlumatı http://www.avirtel.az/az/news-id-34 linkində əldə edə bilərsiz. Xüsusi kampaniyalar zamanı endirimlər fərqli qaydada tənzimlənə bilər.
Siz avirtel.az saytındakı şəxsi kabinet vasitəsilə və http://helpdesk.avirtel.az/open.php?&lang=az linkdən Avirtelin 24 saat işləyən müştəri xidmətləri üzrə komandamıza müraciət edərək bu məlumatı əldə edə bilərsiz.
Bəli, http://helpdesk.avirtel.az linkdən bizə müraciət edərək və ya 24 saat işləyən 176 müştəri xidmətlərimizə zəng vuraraq tarifinizi dəyişə bilərsiniz.
Bəli. Bunun üçün ayda 3 manat ödəməklə maksimum 3 ay müddətdə abunəçiliyinizi saxlaya bilərsiz.
Aylıq abunə haqqını ödəməklə internetdən istifadə edə bilərsiz.
Qoşulma ayın ortasına təsadüf edərsə, yalnız həmin ayın sonuna qədər olan günlər üçün ödəniş etmək lazımdır.
Bəli, texniki probleminiz yaranarsa bizim müştəri xidmətləri üzrə operatorlarımıza müraciət edə bilərsiz. Problem bizim tərəfimizdən qaynaqlanırsa, probleminizin həlli pulsuz olacaq.
1 ay ərzində heç bir ödəniş aparılmazsa abunəçilik ləğv olunur.
Mövcud sürət müştərinin xəttinin gücündən, xəttin vəziyyətindən və digər amillərdən asılı olaraq maksimum ötürmə sürətindən daha aşağı ola bilər. Sürət xəttin keyfiyyətindən və məsafədən asılı olaraq dəyişir.
ADSL bir sıra səbəblərdən bağlana bilər: borca görə, wifi ilə qoşulmusunuzsa, wifi qoşulma problemləri. Dəstək üçün Çağrı mərkəzimiz 176 ilə əlaqə saxlaya bilərsiniz.
Biz bütün müştərilərimizə mümkün olan ən yaxşı interneti təmin edirik. Bununla belə elə amillər var ki, internetin sürətinə təsir edir. Məsələn, telefon xəttinin keyfiyyəti, Avirtel fəaliyyət məkanlarından uzaqlığı, sizin binanızdakı daxili kabelləşdirmə, kompyuterinizdəki firewall-un konfiqurasiyası, məkan və məzmunun növü, WiFi giriş nöqtələri ilə məsafə.
Təəssüf ki, biz bu xidməti verə bilmirik. ADSL texnologiyası yükləmə və ötürmə üçün eyni sürətləri təmin edə bilmir.
ADSL-də yüksək həcmli məlumatları ötürmək üçün telefon xəttini üçün istifadə olunan bir cüt mis naqildən istifadə olunur. Mis naqillər ilkin olaraq telefon zənglərini daşımaq üçün tərtib olunmuşdur. Optik Fiber xüsusən yüksək həcmli məlumatları ötürmək üçün tərtib olunub. Onlar mis naqillərdən deyil, şüşədən hazırlanıb. Fiberdə yükləmə üçün 100 mb/s, ötürmə üçün 8 mb/s sürət əldə etmək olur. Sürət yerli və ya beynəlxalq məlumatlara girişdən asılı olaraq dəyişə bilər.
Texniki dəstək almaq üçün ya Avirtel-in Çağrı Mərkəzi 176 nömrəsi ilə əlaqə saxlaya bilər, ya da http://helpdesk.avirtel.az vasitəsilə müraciət edə bilərsiniz.
Modemlərin, eləcə də digər məhsullarımız barədə qiymətləri http://www.avirtel.az/az/shopping linkindən əldə edə bilərsiniz
Siz ev telefonunuzla yüksək sürətli internet xidmətinə bağlana bilərsiniz. Bunun üçün Sizin telefon bizim əhatə dairəmizdə olmalıdır.
Şirkətimizin http://avirtel.az/ vebsaytında onlayn müraciət edərək, baş ofisə yaxınlaşaraq və ya regional nümayəndələrimizə müraciət edərək xidmətə qoşulmaq olar.
Fiziki şəxslər üçün stasionar telefon nömrəsi kimin adınadırsa onun şəxsiyyətini təsdiq edən sənəd və müqavilə bağlamağa gələn şəxsin sənədi, hüquqi şəxslər üçün şirkətin rəsmi məlumatları tələb olunur və müqaviləyə imza atacaq vəzifəli şəxsin imzası və şirkət möhürü. Bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Xidmətin qoşulması və quraşdırılması pulsuzdur.
Qoşulma müqavilə bağlandıqdan sonra 3-5 iş günü ərzində həyata keçirilir.
Birinci ay üçün xidmət haqqı qoşulma zamanı həyata keçirilir, növbəti aylarda isə hər cari ayın 3-dək həyata keçirilir
Sizin modem qoşulu vəziyətdə olmalıdır. ATS-də sizin telefon xəttiniz fiziki olaraq bizim avadanlığa qoşulduqdan sonra, sizin modem avtorizasiyadan keçəcək və sizin mobil nömrənizə internetinizin aktiv olunduğu haqda SMS bildirişi göndəriləcək.
Müştəri xidmətlərimizlə Bakı və bütün mobil operatorlardan birbaşa 176, digər regionlardan isə 012 176 yığmaqla 24/7 əlaqə saxlamaq olar. Eynilə şirkətimizin http://avirtel.az/ vebsaytında onlayn müraciət edərək Müştəri xidmətləri ilə əlaqə saxlamaq olar.
Qoşulma tipi: PPPoE; Mode: Auto (vəya ADSL2, ADSL2+); VPI: 0, VCI: 33; İstifadəçi adı: 7 rəqəmli telefon nömrəniz; Şifrə: Şifrəniz;
Şəbəkədə paylayıcı (switch, access point) avadanlıqlardan istifadə edərək istənilən qədər kompyuteri internetə qoşmaq mümkündür.
Modemin təminat proqramının yenilənməsi lazımdır. WiFi şifrəsini hər hansı bir proqram ilə qırmaq mümkündür. Daha çox bu hal TP-Link modemlərdə baş verir. Modemin status bölməsində WiFi-ya neçə nəfər qoşulduğunu öyrənmək mümkündür. TP-link modemlərdə WiFi şifrəsini dəyişmək ilə bu problem həll olunmur. Daha deqiq həll etmək üçün modemin daxilində Mac filtr bölməsinə daxil olub, istifadə etdiyiniz notebook, telefon, planşet və s. qurğuların Mac adresini Mac filtr bölməsində yaddaşa vermək lazımdır. Bu halda kənardan WiFi şifrəsini qıran şəxs internetə heç cür qoşula bilməyəcək.
85.132.54.10 85.132.55.10 85.132.56.10
Əgər telefon xətləri qəbul olunmuş standartlara cavab verirsə, maksimal yükləmə sürəti 10124 kbps, ötürmə sürəti isə 2048 kbps ola bilər.
ATS-dən maksimum məsafə 4 km-dən artıq ola bilməz.
Login qoşulduğunuz stasionar telefon nomrəsidir, parol isə abunə müqaviləsində göstərilir.
İlk öncə siz bizim müştəri xidmətləri şöbəsi ilə əlaqə saxlamalısız. Əgər problem fiziki xəttinizlə bağlıdırsa, siz ATS-lə əlaqə saxlayıb, xəttinizin yoxlanılmasını sifariş edə bilərsiniz. Əgər sizin komyuterdə hər hansı bir nasazlıq baş verərsə, siz kompyuter servisinə müraciət etməlisiniz.
Siz splitteri düzgün qoşmamısınız. Bütün telefon aparatları və faks splitterdən sonra qoşulmalıdır. Qeyd edək ki, splitterlər azömürlü avadanlıqlar olduğuna görə müəyyən müddət sonra yeniləmək lazımdır.
Problem sizin şəbəkə kartı, veb brauzer və ya digər amillərlə əlaqədar ola bilər. Bu problemlə bağlı provayder hər hansı məsuliyyət daşımır.
Kompyuterdə WiFi avadanlığının qoşulu olub-olmamasını bilmək lazımdır.Çünki WiFi avadanlıqdan asılı olaraq üzərindəki fiziki düymə və ya əməliyyat sisteminin özündən söndürülmüş ola bilər. Əgər wireless avadanlığının qoşulu olduğundan əminsinizsə, onda sistemdən wireless axtarış etmək lazımdır. Modeminizin WiFi axtarış siyahısında tapıb qoşulmaq lazımdır.Bu zaman şifrə tələb edərsə təhlükəsizlik şifrənizi daxil edirsiniz. Əgər şifrə ilə problem yaranarsa, bizə müraciət etməyiniz xahiş olunur.
Telefon(və ya faks) əvvəlki kimi işləməyə davam edəcək.İnternet və telefon xidmətinin eyni xətt üzərindən işləməsi fərdi tezliklərin istifadəsi hesabına alınır.Tezliklərin bölünməsi üçün ADSL splitterdən istifadə edilir.Modemin komplektinə daxil olan splitter qurulur, ona telefon xətti, telefon(və ya faks) və modem qoşulur.Telefon xətti daxili ATS-ə qoşulubsa, splitter və modem ofis ATS-dən əvvəl qoşulur.
Sizə GDMT modulyası ilə fast rejimini təklif edə bilərik. Bu zaman sizdə olan PING müddəti enəcək. Amma qırılmaların baş verməməsi üçün sizin telefon xəttinizin göstəriciləri standartlara uyğun olmalıdır.
IP ünvan sizin modeminiz internetə qoşulmağa çalışanda ona təyin olunan şifrədir. Qoşulduqda modemə IP ünvan təyin olunur. Bu IP ünvan dinamik olaraq Dinamik Host Konfiqurasiya Protokolu vasitəsilə seçilir. Bu isə o deməkdir ki, o, sizin modeminizə böyük rəqəmlər hovuzundan təyin olunur. IP ünvanlar həmçinin statik olaraq təyin oluna bilər, yəni həmin ünvan şəbəkədə xüsusilə sizin avadanlığınız üçün təyin olunub və heç vaxt dəyişmir.Sizin avadanlığınız ruterə qoşulubsa, ruter ona özəl IP ünvan təyin edəcək.
İctimai IP şəbəkənin təyin etdiyi və internetdə görünən IP-dir. Sizin IP ünvanınız internetdə məşğul olduğunuz bir çox işlərə bağlıdır və sizin hansı ümumi məkanda olduğunuzu, həmçinin sizə internet xidməti təmin edən şirkətin hansı olduğunu təyin edə bilər. Bu, o səbəbdəndir ki, IP blokları İnternet nömrələrinin Amerika qeydiyyatı adlanan hökumət orqanı tərəfindən internet provayderlərinə təyin olunur. Bu bloklar sonra bölünür və bir sıra məqsədlər üçün istifadə olunur. Məsələn, sizin modeminizə təyin olunur, beləliklə də modem internetə qoşula bilir. Sizin cihazınız ev ruteri kimi özəl şəbəkəyə qoşulanda ona özəl IP ünvan verilir. Özəl IP-lər ümumilikdə internetdə görünmür. O, yalnız sizin şəbəkəyə məxsusdur və qoğulduğunuz ruter tərəfindən idarə olunur. Əgər sizin şəbəkə administratorunuz rəqəmləri dəyişməyibsə, bu rəqəmlər adətən 192.168.0.0 ilə başlayır.
Static İP dəyişilməyən ünvan deməkdir. Adətən internet istifadəçiləri dinamik İP-dən istifadə edir. Bu zaman internetə hər daxil olub-çıxdıqda istifadəçinin İP ünvanı dəyişir. Bu isə statistik rəqəmlərlə çalışan, eləcə də nəzarət kameraları quraşdırmış istifadəçilərin işinə yaramır. Dinamik İP-dən fərqli olaraq Statik İP-də İP ünvanı dəyişməz qalır.Statik IP ünvanları sistemdə xüsusi olaraq sizin üçün təyin olunur, başqa biri ondan istifadə edə bilməz. Sizin cihazınız internetə qoşulmaq istədikdə, o, sistemdən dinamik bir IP deyil, özünün olan xüsusi IP-ni tələb edir.
Statik İP ünvanının aylıq abunə haqqı 10 AZN-dir.
Xidmət haqqını İnternet, ödəniş terminalları (pay point), bank, Müştəri Xidmətləri, diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəmək olar
ADSL-in qəbul olunmuş standartları var. Xətt göstəriciləri bu standartlara uyğun olmalıdır. Bu parametrlər sizin xəttinizin fiziki göstəricilərini təyin edir. SNR Margin - Signal Noise Rate. ADSL siqnalının xətdəki səs siqnalına olan nisbətini göstərir. 7 db qədər — sinxronizasiya itir. Keyfiyyətsiz xəttdir. 7 - 10 db — Qırılmalar ola bilər. 10 db - 20 db — normal xətt. 20 db - 29 db — yaxşı xətt. 29 db dən yuxarı — əla xətt. Line Attenuation - ADSL siqnalının zəifləməsi göstəricisidir. 20 db qədər— əla xətt 20 db - 40 db — normal xətt 40 db - 50 db — qırılmalar ola bilər 50 db - 60 db — sinxronizasiya itir 60 db dən yuxarı — avadanlıq işləməyəcək SNR Margin və Line Attenuation göstəricilərinə modemin sazlanmalarınabaxmaq olar.
Avirtel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün Avirtel-in ofisinə və ya regional nümayəndəliyə yaxınlaşaraq 1 ay oncədən ərizə ilə müraciət etmək lazımdır.
ONU əsas ATS-ə köməkçi olan əlavə ATS-dir.
Modemin sazlanmaları pozulub, ya da modemi söndürmək lazımdır
Telefon xətləri ilə bağlı aidiyyatı ATS məsuliyyət daşıyır.
Bu problemin 2 səbəbdən baş verə bilər: 1.telefon xəttinin parametrləri normalara uyğun olmadıqda 2. splitter zədəli olduqda
Telefon xəttinin nə qədər sürət dəstəklədiyinə modemin səhifəsində status bölməsində baxmaq olar.
Bu halda modemə yeni MAC təyin edilməlidir və operator tərəfindən köhnə MAC yenilənməlidir.
Bu hal modemin sazlanması düzgün olmayanda baş verir. Modem yenidən sazlanmalıdır.
IP ünvanı modemin interface-ində status bölməsindən öyrənə bilərsiniz.
Bu problem İP ünvanların silinməsi ilə əlaqədardır.Bu halda komputerin Ethernet kartına İP ünvanlarını statik yazmaq lazımdır. Abunəçinin modeminə daxil olmaq olursa, ofisdən mütəxəssis abunəçinin modeminə daxil olub DNS ünvanları yazır və ya abunəçi ozu daxil olur modemə (192.168.1.1 => Login:admin=> Password:admin), DNS ünvanlar yazılan yerdə dəyişiklik edib, bizim DNS ünvanlar qeyd olunur: 84.132.54.10; 85.132.55.10
İnternetə qoşulmaq üçün Provayder tərəfindən verilən istifadəçi adı, şifrə, VPİ və VCİ sazlanmalıdır.
Paralel telefondan istifadə etdikdə hər telefon üçün ayrıca splitterdən istifadə edilməlidir. Əgər internet kəsilirsə hansısa splitter işləmir və ya düzgün qoşulmayıb. Təklif olunur ki, splitterlərin düzgün qoşulması yoxlanılsın. Əgər düzgün qoşulubsa və yenə də işləmirsə, splittersiz qoşulması bildirilir.