FAQ

Fiber Optik Internet xidməti internetə sürətli çıxış vasitələrindən biridir və bu texnologiyadan istifadə daha uzaq məsafələrə daha sürətli məlumat ötürülməsini təmin edir.
Fiber optik xidmətinə qoşulmaq üçün şəxsiyyətinizi təstiq edən sənəd ilə birlikdə Avirtel MMC-nin baş ofisinə müraciət etməlisiniz.
Fiber optika xidmətinə qoşulma haqqı 10 AZN-dir.
Qoşulma xidmət müqaviləsi imzalandıqdan sonra 2 iş günü ərzində həyata keçirilir.
İlkin ay üçün xidmət haqqı müqavilə imzalanan anda, növbəti aylarda isə hər cari ayın 3-dək həyata keçirilir.
Xidmət haqqını onlayn və oflayn vasitələrlə ödəyə bilərsiniz.
Ödəniş terminalları (Milliön, Easypay, Expresspay və s.), Baş ofisimiz - Nərimanov r., M.Araz küç.50C, region nümayəndəliklərimiz və ya onlayn ödəmə sistemləri (məsələn, Goldenpay, Azericard, Portmanat və s.)
Müştəri xidmətlərimizlə bütün sabit və mobil şəbəkə operatorlardan birbaşa 176 yığmaqla 24/7 əlaqə saxlamaq mümkündür. Həmçinin http://helpdesk.avirtel.az keçidində sorğu yaratmaqla bizə müraciət edə bilərsiniz.
Kampaniyalar çərşivəsində müvafiq güzəştlər tətbiq oluna bilər. Daha ətraflı məlumatla http://avirnet.az/kampaniyalar keçidində tanış ola bilərsiniz.
Tarif paketinin dəyişdirilməsi üçün :
1. Tarif paketinin endirildiyi zaman 1 ay öncədən Avirtel MMC-nin baş ofisinə yazılı şəkildə məlumat verilməlidir.

2. Tarif paketinin qaldırılması zaman ödəniş həyata keçirildikdən dərhal sonra Avirtel MMC-nin servis məlumat mərkəzinə müraciət edərək məlumat verilməlidir.
İstifadəçi adı və parol abunəçi ilə Avirnet arasında imzalanmış xidmət müqaviləsində qeyd edilir.
Trafik dedikdə daxil olan və ötürülən istənilən növ məlumat nəzərdə tutulur. Belə ki, sizin kompyuterinizin internetdən qəbul etdiyi və ötürdüyü bütün internet səhifələri, şəkillər, elektron poçt, xidməti məlumatlar trafikə daxildir.
Abunəçi http://avirnet.az/login keçidindən öz şəxsi hesabına girməklə və ya 176 qaynar xəttinə zəng etməklə balansını yoxlaya bilər.
Bəli, İnternet xəttini müvəqqəti dondurmaq üçün 1 ay öncədən onlayn sorğu göndərmək, birbaşa ofisə və ya regional nümayəndələrimizə müraciət etmək olar.
Fiber optik xidmətinin müvəqqəti dayandırılmasını istədiyiniz halda bu barədə yazılı olaraq Avirtel MMC-nin baş ofisinə müraciət edilməlidir. Fiber optik xidmətinin yenidən bərpa edilməsi üçün tarif paketinin müvafiq olaraq qeyd edilmiş tarif ödənişini etməklə bərpa etmək mümkündür.
85.132.54.10 :: 85.132.55.10 :: 85.132.56.10
Kompyuterdə WiFi avadanlığının qoşulu olub-olmamasını aydınlaşdırmaq lazımdır. Çünki WiFi, avadanlıqdan asılı olaraq üzərindəki fiziki düymə və ya əməliyyat sisteminin özündən söndürülmüş ola bilər. Əgər wireless avadanlığının qoşulu olduğundan əminsinizsə, o zaman sistemdən wireless axtarış etmək lazımdır. Modeminizin WiFi axtarış siyahısında tapıb qoşulmaq lazımdır. Bu zaman sistem şifrə tələb edərsə, təhlükəsizlik şifrənizi daxil edin.
Bu halda modemə yeni MAC təyin edilməli, operator tərəfindən köhnə MAC yenilənməlidir.
IP ünvanın əldə edilməsi üçün müvafiq olaraq Avirtel MMC-nin 176 servis xidmətinə müraciət etməyiniz xahiş olunur.