Xidmət haqqında

Fiber Optik xidməti sürətli internetdən faydalanmaq üçün ən son texnoloji vasitələrdən biri hesab olunur. Onun istifadəsi daha uzaq məsafələrə daha sürətli məlumat ötürülməsini təmin edir. Fiber optik kabelləri internetdən eyni zamanda böyük həcmdə məlumat ötürmə imkanına malikdir və bu xidmət abonentləri daha sabit və sürətli İnternetlə təmin edir. 

Avirnet korporativ və fərdi müştərilər üçün 100 Mbps və daha artıq yükləmə sürəti ilə səmərəli fiber optik internet xidmətləri təklif edir. Avirnet özünün regional şəbəkəsi sayəsində bütün ölkə ərazisində fiber optik üzərindən sərfəli şərtlərlə internet xidmətləri təqdim etməyə qadirdir.