HAQQIMIZDA

Avirnet sizə sadə elektron poçt göndərmə və veb səhifələrə giriş daxil olmaqla, yüksək keyfiyyətli video izləmə və onlayn oyunlar oynamağa qədər bütün onlayn ehtiyaclarınızı tamamilə əhatə edən yüksək sürətli internet tarif paketləri təklif edir. Avirnet-in təklif etdiyi İnternet xidməti ilə siz keyfiyyətli dəstək xidmətləri, yüksək sürətli internetlə yanaşı etibarlı şəbəkəmiz sayəsində kəsintisiz xidmət əldə edəcəksiniz.

Biz tələblərinizə uyğun tarif paketləri təklif edirik. Belə ki, biz sizə ev istifadəsi üçün nəzərdə tutulmuş minimal sürətli İnternet bağlantısı və ya müəssisə daxilində çoxlu sayda cihazların qoşula biləcəyi yüksək sürətli İnternet paketləri təklif edə bilərik. Seçiminizdən asılı olmayaraq, istənilən halda siz Avirnet-dən onlayn oyunlar oynamaq, multimedia yükləmək, musiqi dinləmək, sosial şəbəkələrdən səmərəli istfadə etmək və daha artığı üçün sürətli və etibarlı internet xidməti əldə etmiş olursunuz.

Biz müştərilərimizə geniş çeşidli büdcəyə uyğun ADSL, Fiber optik, İPTV xidməti, habelə digər Əlavə Dəyər Xidmətlərini (VAS) ayda sadəcə 10 AZN-dən başlayan qiymətlərlə təklif edirik.

Avirnet-ə abunə olmaqla siz qoşulma, həmçinin ev və ya müəssisəniz daxilində quraşdırma xidmətini pulsuz əldə edəcəksiniz.

Avirnet ölkənin bir çox regionlarında geniş əhatə dairəsinə malik olmaqla xidmətə daha rahat qoşulma imkanı yaradır.

İnternetə ən sərfəli qoşulma; pulsuz quraşdırma, sürətli yükləmələr və digər üstünlüklərlə - Avirnetdə!