IP TV

Analoq TV ilə müqayisədə IPTV-də təsvirin və səsin daha yüksək keyfiyyətli olması kimi üstünlüklər mövcuddur. Analoq siqnalı retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən təhrif olunduğu halda rəqəmsal yayımda belə hallar baş vermir. 
Avirnet müştərilərə IPTV vasitəsilə yeni nəsil televiziya yayımı xidməti təklif edir. İndi internet istifadəçilərimiz ev və ya ofis istifadəsi üçün tam paket televiziya yayımı xidmətini sərfəli şərtlərlə. IPTV müştərilərə sadəcə televiziya yayımı xidməti deyil, həmçinin rabitənin yeni vasitələrindən yararlanmaq imkanı verir. IPTV sistemi ilə ofis şəraitində video məzmunlu yüzlərlə televiziya kanalını şəbəkəyə qoşulmuş televizor, kompüter və planşetlərdə izləmək imkanı var.