FAQ

IPTV (Internet Protocol Television) yeni nəsil rəqəmsal televiziyadır. Translyasiya geniş zolaqlı internetdən istifadə edilməklə istifadəçiyə çatdırılır. Bu isə translyasiya zamanı əngəllərin qarşısını alır, yüksək keyfiyyət və maksimal görüntü əldə etməyə imkan verir.
Mövcud Avirnet abunəçiləri, digər İnternet provayder abunəçiləri, eləcə də İnternetə qoşulmamış, yəni “məşğul olmayan” xətti olan müştərilər xidmətdən istifadə edə bilərlər.
Xeyr, məşğul olmayan telefon xəttinin mövcudluğu xidmətə qoşulmaq üçün yetərlidir.
Bəli, digər provayder abunəçisi və ya məşğul olmayan telefon xəttinizin mövcudluğu xidmətə qoşulmaq üçün kifayətdir.
Bəli, xidməti dəstəkəyən Smart TV-niz varsa, kanalları set-top box olmadan izləyə bilərsiniz.
Bəli, əgər telefon xəttinin göstəriciləri qəbul olunmuş standartlardan aşağıdırsa, bu zaman keyfiyyətlə bağlı problemlər yarana bilər.
Tam kanal siyahısını İPTV menyusunda görə bilərsiniz. Siyahıya mütəmadi olaraq yeni kanallar əlavə olunur.
IPTV xidmətinin tarifləri ilə http://avirnet.az/page/iptv-tarifler keçidində tanış ola bilərsiniz.
IPTV-yə qoşulmaq üçün AV, HDMİ çıxışı olan istənilən televizordan istifadə etmək olar.
Bəli. Lakin TV-niz xidməti avadanlıqsız dəstəkləmədiyi halda, hər bir TV üçün əlavə avadanlıq (set top box) quraşdırmaq lazımdır.
Hal-hazırda 200-dən artıq kanal yayımlanır.
Xidmətə şirkətimizin www.avirnet.az saytından onlayn müraciət edərək, baş ofisə yaxınlaşaraq və ya regional nümayəndələrimizə müraciət edərək qoşulmaq mümkündür.
Əgər artıq Avirnet İnternet abunəçisisinizsə, əlavə sənədə ehtiyac yoxdur. Yalnız mövcud xidmət müqaviləsinə bir əlavə imzalanacaqdır. Əgər Avirnet abunəçisi deyilsinizsə, 1) Fiziki şəxslər üçün stasionar telefon nömrəsi kimin adınadırsa, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd və müqavilə bağlamağa gələn şəxsin sənədi, 2) Hüquqi şəxslər üçün şirkətin rəsmi məlumatları və müqaviləyə imza atacaq vəzifəli şəxsin imzası və şirkətin möhürü tələb olunur. Bu sənədlər əsasında müştəri ilə xidmət müqaviləsi imzalanır.
Qoşulma 3 iş günü ərzində həyata keçirilir.
Birinci ay üçün xidmət haqqı qoşulma zamanı, növbəti aylarda isə hər cari ayın 3-dək həyata keçirilir.
Xidmət haqqını İnternet üzərindən, ödəniş terminalları, bank, müştəri xidmətləri, diler məntəqələri və ödəniş kartları vasitəsi ilə həyata keçirmək mümkündür.
Ödəmə Milliön, Easypay, Expresspay, və s. cash -in apparatları, Bakı ş., Nərimanov r., M.Araz küç.50C ünvanında yerləşən baş ofisimiz, region nümayəndəlikləri və ya İnternet ödəmə sistemləri vasitəsilə (məsələn, Goldenpay, Azericard, Portmanat və s.) həyata keçirilə bilər.
Hal-hazırda güzəşt nəzərdə tutulmamışdır. Lakin, kampaniyalar çərşivəsində müvafiq güzəştlər tətbiq oluna bilər.
1 ay əvvəlcədən yazılı şəkildə Müştəri xidmət mərkəzi və ya region nümayəndəsinə müraciət etmək lazımdır.
Avirnet şəbəkəsində İnternet sürəti xidmətin keyfiyyətinə təsir etmir. Digər hallarda (abunəçi Avirnet İnternetdən istifadə etmirsə) sürət xidmətin keyfiyyətinə birbaşa təsir edir.
Müştəri xidmət mərkəzimiz 176 Qaynar xətti və ya helpdesk.avirtel.az vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.