FAQ

IP ünvan sizin modeminiz internetə qoşulmağa çalışanda ona təyin olunan şifrədir. Qoşulduqda modemə IP ünvan təyin olunur. Bu IP ünvan dinamik olaraq Dinamik Host Konfiqurasiya Protokolu vasitəsilə seçilir. Bu isə o deməkdir ki, o, sizin modeminizə böyük rəqəmlər hovuzundan təyin olunur. IP ünvanlar həmçinin statik olaraq təyin oluna bilər, yəni həmin ünvan şəbəkədə xüsusilə sizin avadanlığınız üçün təyin olunub və heç vaxt dəyişmir.Sizin avadanlığınız ruterə qoşulubsa, ruter ona özəl IP ünvan təyin edəcək.
İctimai IP şəbəkənin təyin etdiyi və internetdə görünən IP-dir. Sizin IP ünvanınız internetdə məşğul olduğunuz bir çox işlərə bağlıdır və sizin hansı ümumi məkanda olduğunuzu, həmçinin sizə internet xidməti təmin edən şirkətin hansı olduğunu təyin edə bilər. Bu, o səbəbdəndir ki, IP blokları İnternet nömrələrinin Amerika qeydiyyatı adlanan hökumət orqanı tərəfindən internet provayderlərinə təyin olunur. Bu bloklar sonra bölünür və bir sıra məqsədlər üçün istifadə olunur. Məsələn, sizin modeminizə təyin olunur, beləliklə də modem internetə qoşula bilir. Sizin cihazınız ev ruteri kimi özəl şəbəkəyə qoşulanda ona özəl IP ünvan verilir. Özəl IP-lər ümumilikdə internetdə görünmür. O, yalnız sizin şəbəkəyə məxsusdur və qoğulduğunuz ruter tərəfindən idarə olunur. Əgər sizin şəbəkə administratorunuz rəqəmləri dəyişməyibsə, bu rəqəmlər adətən 192.168.0.0 ilə başlayır.
Statik İP dəyişilməyən ünvan deməkdir. Adətən internet istifadəçiləri dinamik İP-dən istifadə edir. Bu zaman internetə hər daxil olub-çıxdıqda istifadəçinin İP ünvanı dəyişir. Bu isə statistik rəqəmlərlə çalışan, eləcə də nəzarət kameraları quraşdırmış istifadəçilərin işinə yaramır. Dinamik İP-dən fərqli olaraq Statik İP-də İP ünvanı dəyişməz qalır.Statik IP ünvanları sistemdə xüsusi olaraq sizin üçün təyin olunur, başqa biri ondan istifadə edə bilməz. Sizin cihazınız internetə qoşulmaq istədikdə, o, sistemdən dinamik bir IP deyil, özünün olan xüsusi IP-ni tələb edir.
Statik İP ünvanının aylıq abunə haqqı 5 AZN-dir.
Statik İP-yə qoşulma pulsuzdur.